Ölkə sərhədlərindən çıxmadan qiyabı magistr və doktorantura təhsili almaq istəyən tələbələrə şad xəbər.
Rusiyada qiyabi şəkildə doktora və magistr təhsili almaq imkanı var.
Son illərin ən populyar və xaricdə təhsil üzrə ən çox müraciət edilən ölkələrdən biri də Rusiyadır. Rusiyada verilən təhsilin keyfiyyəti, həm digər ölkələrlə müqayisədə qiymətlərin münasibliyi, həm də təhsil aldığınız zaman dünyanın ticarət dəyəri yüksək ən vacib dillərindən biri olan rus dilini öyrənmək tələbələrin gələcək karyeralarında da böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da rus dilinə və Rusiyada təhsilə böyük önəm verildiyini nəzərə alaraq bu mövzuda kiçik bir məqalə hazırlamışıq.
Xaricdə təhsil almağı düşünən beynəlxalq tələbələr üçün Rusiya son illərdə iqtisadi və mədəni inkişafı ilə Avropa və Asiyanın müxtəlif ölkələrində təhsil alan tələbələr üçün bir nömrəli seçim halına gəlmişdir. Rusiyada təhsil almağa üstünlük verən tələbələrin sayını nəzərə alsaq, son iki ilə nisbətən ciddi bir artım dərəcəsinin olduğunu müşahidə etmiş olacayıq. Bu artımın səbəbini təhsil mütəxəssisləri Rusiyada verilən yüksək keyfiyyətli təhsilin olması və bir çox Avropa və Asiya ölkələri tərəfindən tanınan diplomların alınması, Rusiyada təhsil seçimini artıran ən vacib amillərdəndir.
Rusiya böyük bir ölkə olmaqla yanaşı, Kalininqraddan Vladivostoka qədər 82 bölgədə yerləşən 700-dən çox universitetə sahibdir. Xüsusilədə, elm və mühəndislik ixtisaslarında ağla gələn ilk universitetlərdən olan Rusiya universitetləri mütəxəssis riyaziyyatçıları, fizikləri, kimyaçıları, geoloqları və həkimləri ilə dünyanın ən qabaqcıl ali təhsil müəssisələri arasındadır. Rusiya universitetləri xaricdə işləyən savadlı və peşekar müəllim heyəti sayəsində, çox güclü istinadlara və beynəlxalq əlaqələrə sahibdir. Həmçinin, demək olar ki, bütün Rusiya ali təhsil müəssisələri dünyanın hər bir universitetləri ilə tələbə mübadiləsi proqramları həyata keçirirlər. Bu beynəlxalq əlaqələr sayəsində universitetləri bitirən və məzun olan hər bir tələbəyə uyğun iş imkanları təmin edilməkdədir.
Rusiyada universitet oxumaq gələcək tələbələrə keyfiyyətli və ucuz təhsil imkanları təqdim edir. Rusiyada oxumaq istəyən xarici tələbə sayı hər keçən il artmaqdadır və proqramlaşdırma, mühəndislik, tibb kimi sahələrə böyük maraq var. Azərbaycanlı tələbələrin Rusiyanın ən yaxşı və dünyanın top universitetlərinə “imtahansız” qəbul ola bilirlər.
Bu Xəbəri Paylaşın