Amerikada təhsil bütün dünya gənclərinin arzuladığı bir yaşayış tərzidir. Burada təhsil almaq üçün dünyanın 4 bir tərəfindən minlərlə müraciətlər olunur. Bildiyiniz kimi də nə qədər çox müraciət olunsa rəqabətdə o qədər çətinləşir və siz daha çox akademik göstərilərə sahib olaraq qəbul almalısınız.
Niyə Amerikada təhsil Almaq ?
- Dünyanın ən yaxşı 50 universitetlərindən 20-si elə Amerikada yerləşməkdədir.
- Amerika universitetlərində qəbula görə mərkəzi bir sistem demək olarkı yoxdur. Hər universitetin özü sisteminə səasən tələbə qəbul edir.
- TOEFL testi ilə yaxşı nəticələr sizə təqaüd qazandıra bilir.
- İngilis dili səviyyənizin yüksək olduğunu göstərən zaman TOEFL ehtiyacı olmadan universitetə qəbul ala bilirsiniz.
- Təbii ki Amerikadan alınan universitet diplomunun beynəlxalq etibarlılığı olacaq.
- Universiteti bitirdikdən sonra bakalavr və ya magistratura təhsili ilə Amerikada işləmək mümkündür.
- Dünyanın 4 bir yanından fərqli mədəniyyətləri bir yerdə görmək və xarici tələbələrlə tanış olma bilirsiniz.
Amerikada tehsil növləri hansılardır?
- Dosent dərəcəsi – orta peşə təhsili, 2 il çəkir.
- Bakalavr təhsili – məktəbdən sonrakı 4 illik ali təhsil,
- Master Təhsili (Magistratura və ya MBA) – bakalavrı bitidikdən sonra 1 və ya 2 illik,
- Doktortorantura (namizəd və elmlər doktoru analoqu) – magistraturadan iki və ya dörd il sonra.
Təhsil Növlərinə görə ortalama xərclər:
- Univeristetlər (ilk 100-200 sıralamada olanlar) – – illik 25000 $ – 40000 $
- Universitetlər (orta keyfiyyətli olanlar) – – illik 15000$ – 20000 $
- Community College-lər – – illik 8000$ – 10000 $
ABŞ universitetlərinə qəbul prosesi və sənədləri necə olur?
Amerika universitetlərinə qəbul üçün lazımi sənədlər aşağıdakılardır:
- Universitetdən verilmiş müraciət anketinin doldurulması (application form) və sənədlərin baxılmasına olan ödəniş (application fee);
- Hər bir universitet üçüb qəbul qaydaları və formaları varkı, bu da universitetin saytında olur və oradan baxa bilərsiniz. Həmin formaya çekdə əlavə olunur, məbləğlər isə təhsil müəssisəsindən asılı olur,
- Transkript (son illərdəki təhsil qiymətləriniz) – attestat və ya diplomun üzü;
- Transkript, attestat və diplom ingiliscə tərcümə olunmalıdır ( Notarius təsdiqi ilə) ;
- 3 tövsiyyə məktubu (tələbnin müəllimləru yaxud elmi rəhbərləri tərəfindən). Bu da tərcümə və təsdiq ilə olmalıdır.
- 1-2 səhifə olacaq şəkildə hazırlanan, tərcümeyi-hal kimi personal statement (esse) yazmaq. Bu sənəddə aşağıdakı suallara cavab vermək vacibdir: “Müraciət etdiyiniz universitetdən mən nələr gözləyirsiniz?”, “Niyə xaricdə oxumaq istəyirsən?”. Bundan başqa universitetin sizi niyə cəlb etdiyini oranın professorlarının adını qeyd etməlisiniz. Bir sözlə bu universitetin sizin üçün nə qədər vacib olduğunu və burada təhsil almaq istəyinizin nə qədər güclü olduğunu yazılarla sübut etmək lazımdır.
- imtahan nəticələri, məktəb məzunları TOEFL və SAT , ali məktəb məzunları isə TOEFL, GRE və ya GMAT-dan imtahan verirlər. Test imtahanlarının hər ödənişli olur və qiymətlər 60-250 dollar arasında dəyişə bilir. Əsas imtahanlar təhsil müəssisəsinin tələblərinə uyğun aparılır.